Qoşunlar əməliyyat təyinatı rayonlara çıxarıldı - VİDEO

12:39 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.